İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsi və İstanbul Respublika Baş Prokurorluğu ilə koordinasiyada aparılan araşdırma nəticəsində aralarında "məşhurların sələmçisi" kimi tanınan Örfi Bilginin də olduğu 4 nəfər saxlanılıb.
“İki sahil” "Sabah" nəşrinə istinadla xəbər verir ki, araşdırma zamanı məşhur müğənni Seda Sayanın adına dosye hazırlanaraq imzasız olduğu müəyyən edilib. Seda Sayana sələm yolu ilə pul verdiyi müəyyən edilən 4 şübhəli həbs olunmaları tələbi ilə hakim qarşısına çıxarılıb.
Örfi Bilgi və Seda Sayan tərəfindən imzalanan müqavilə sənədində 7,5 MİLYON TL borc alan Seda Sayanın il ərzində aylıq 2 MİLYON TL ödəniş edəcəyi, ödənmələrdən 2,5 MİLYON TL-nin Seda Sayana rəsmi, 5 MİLYON TL-nin isə qeyri-rəsmi olaraq çatdırılacağı müəyyənləşib.
Məşhur müğənni Seda Sayan bu gün həmin məsələ ilə bağlı "şikayətçi" olaraq ifadə vermək üçün İstanbul Polis İdarəsində ifadə verib.