Hurriyyet.az xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, Çad hökuməti Fransanın iki keçmiş hərbi bazalasını Türkiyənin ixtiyarına verəcək. Həmin bazalar Çadın Liviya və Sudan ilə sərhədlərinin yaxınlığında yerləşir.
Xatırladaq ki, 2024-cü il noyabrın 29-da Çad Fransa ilə müdafiə razılaşmasının qüvvədən düşdüyünü bildirib və dekabrın 20-də Fransanın öz hərbçilərini ölkə ərazisindən çıxarmasını tələb edib. Çad Fransaya 2025-ci il 31 yanvar tarixinə qədər möhlət vermişdi. Fransa 4 gün bundan əvvəl öz hərbçilərinin Çad ərazisindən çıxarılması prosesini başa çatdırıb.
Hürr Tərcüman