Türkiyədə Qartal (İstanbul) rayon bələdiyyə sədri Gökhan Yüksəl saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirlib ki, aralarında G.Yüksəlin də olduğu 21 şübhəli şəxs bələdiyyəyə məxsus 44 mülkü qanunsuz olaraq icarəyə verib.
Şübhəli şəxslər barəsində “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə iddianəmə hazırlanıb.
İddianamədə Yüksəlin də olduğu 19 şübhəlinin 10 aydan 3 il 6 aya qədər, iki şübhəli üçün isə 6 aydan 2 ilə qədər həbs cəzası tələb edilib.