Bakı. Trend:
“TikTok” sosial şəbəkəsində "Bakcell" mobil operatorunun adındandələduzluq həyata keçirilir.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətiməlumat yayıb.
Belə ki, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxtakampaniyalara cəlb olunur. Həmçinin səhifədə yerləşdirilən saxtakeçid vasitəsilə 50 GB internet paketi tarif dəyərindən aşağıqiymətə təklif edilir və "Abunə ol" düyməsinə kliklədikdəistifadəçilərdən bank kartı məlumatlarını daxil etmək tələbolunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxtasəhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bankkartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmiməlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyəedir.