Suriya prezidenti Əhməd Şara ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.
Ölkə.az-ın lent.az-a istinadən məlumatına görə, Şara həyat yoldaşı Lətifə Əl Şara ilə Məkkəyə gələrək Ümrə ziyarətini yerinə yetirib.
Suriyanın müvəqqəti prezidenti Əhməd Şara bazar günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib. Ər-Riyaddakı təmaslarından sonra paytaxtı tərk edən Əhməd Şara Məkkədə ümrə ziyarəti edib.
Ümrə ziyarəti zamanı Şaranı həyat yoldaşı Lətifə Əl Şara və Suriyanın xarici işlər naziri Əsəd Şeybani müşayiət edib.
Lətifə Əl Şara ədəbiyyat üzrə ərəbcə universitet təhsili alıb. Onun Homs yaxınlığındakı əl-Qəryatayn qəsəbəsində doğulduğu deyilir.