Gürcüstan Prezidenti Mixail Kavelaşvili bildirib ki, ölkənin məhv olmaq təhlükəsi hələ də aradan qalxmayıb. Ölkədə sabitliyi pozmaq üçün səylərini əsirgəməyən antigürcü qüvvələr hələ də var.
Parlamentdə çıxış edən Kavelaşvilinin sözlərinə görə, bu təhlükə Ukraynada müharibə bitənə və Gürcüstanda xarici maraqları təşviq edən qruplar zəifləməyənə qədər davam edəcək: “Son bir neçə ildə dövlətimiz bizi müharibəyə, sabitliyi pozmağa və inqilaba çəkmək cəhdlərinə qətiyyətlə cavab verdi. Bu illəri Gürcüstanın xilas dövrü adlandırmaq olar. Ölkənin xilas edilməsində əsas rolu kritik anlarda emosiyaları bir kənara qoyub, xüsusi ehtiyatla, müdrikliklə, vətənpərvərliklə qərarlar qəbul edən, dövlətə dəstək verən, Gürcüstanın məhvinin qarşısını alan gürcü xalqı oynayıb. Ona görə də gürcü xalqının iradəsi, dövlətçiliyimiz və milli dəyərlərimiz bədxahların əsas hədəfindədir”.
ZÜMRÜD