1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin "Minnesota" klubunun hokkeyçisi Rayan Hartman 10 oyunluq cəzalandırılıb.
Oxu.Az Milli Hokkey Liqasının (NHL) mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu fevralın 1-də "Ottava"ya qarşı matçda rəqib hücumçu Tim Ştyutsla mübarizədə qaydaları kobud şəkildə pozub.
R.Hartman almaniyalı rəqibini dirsəyi ilə vuraraq buzun üzərinə yıxıb. Nəticədə T.Ştyutslın dəbilqəsi düşüb və hokkeyçi kəsik yarası alıb.
"Minnesota"nın hücumçusu bu hərəkətinə görə oyunun sonuna qədər meydandan kənarlaşdırılıb. ABŞ komandasının üzvünün diskvalifikasiya olunması ilə yanaşı, onun təxminən 488 min dollar məbləğində cərimələnəcəyi də bildirilir.
Qeyd edək ki, "Minnesota" - "Ottava" matçı Kanada klubunun 6:0 hesablı qələbəsilə başa çatıb.