Bakı,TurkicWorld
Egey dənizində artan seysmik aktivlik səbəbilə təxminən 9 min insan Santorini adasını tərk edib.
TurkicWorld xəbər verir ki, Yunan mətbuatının məlumatına görə, yeraltı təkanların intensiv hiss olunduğu bölgədə böyük zəlzələ qorxusu insanları adanı tərk etməyə vadar edib. Sakinlər və turistlər adadan çıxış üçün hava yollarına üz tutublar, bu səbəbdən aviaşirkətlər əlavə uçuşlar təşkil edib.
Ehtiyat tədbiri olaraq axtarış-xilasetmə və tibbi qruplar adaya göndərilib. Yunanıstan Elektrik Dağıtım Şirkəti zəlzələ zamanı elektrik kəsilməsinə qarşı generatorlar və avadanlıqlar tədarük edib.
Bundan əlavə, beynəlxalq ekspertlər qrupu bu gün bölgəyə gedərək xüsusi sensor cihazlarla sualtı müayinələr aparmağı planlaşdırır.