AZ

İlk F-16 Block 70 qırıcısı Bolqarıstan HHQ-yə təhvil verilib

ABŞ-ın “Lockheed Martin” şirkəti Bolqarıstan Hərbi Hava Qüvvələrinə (HHQ) ilk F-16 Block 70 qırıcısını təhvil verib.

“Poliqon”un “Lockheed Martin”ə istinadən verdiyi xəbərə görə, bununla bağlı ABŞ-ın Cənubi Karolina ştatının Qrinvil şəhərində yerləşən şirkət müəssisəsində mərasim keçirilib.

Mərasimdə Bolqarıstanın müdafiə naziri Atanas Zapryanov, hər iki dövlətin rəsmiləri, şirkət nümayəndələri və digər şəxslər iştirak edib.

Qeyd edək ki, “Lockheed Martin” şirkəti Bolqarıstan HHQ-yə ümumilikdə 16 ədəd F-16 Block 70 qırıcısı tədarük edəcək.

Seçilən
4
poliqon.az

1Mənbələr