AZ

Zelenski artıq Rusiya ilə sülh imzalaya bilmir: Onun yerinə bunu kim edəcək?

Ajans.az xəbər verir ki, bunu Xarkov vilayətinin Rusiya administrasiyasının rəhbəri Vitali Qançev deyib, onun sözlərini RİA Novosti yayıb.

Qançev xatırladıb ki, hazırda Zelenski Ukraynanın qanuni prezidenti deyil. Onun səlahiyyət müddəti artıq başa çatıb. Nəticədə ukraynalı siyasətçinin dövlət adından sənədlərə imza atmaq hüququ yoxdur. Ona görə də Rusiya ilə yalnız Ali Radanın nümayəndələri müqavilə bağlaya bilər. Baxmayaraq ki, burada da bir “amma” var.

"Amma mən, onların öz nümayəndələrini ortaya qoyacağına əmin deyiləm, çünki bu qondarma ölkəni idarə etmək üçün müddəti bitmiş prezidenti məhz onlar qoyublar", - Qançev deyib. O, həmçinin Ali Radanın hər şeyi Zelenskiyə təhvil verməkdən başqa hər hansı qərar qəbul etməyə qadir olduğuna şübhə edib. Bununla belə, Qərbin rəyi də əsas əhəmiyyət kəsb edəcək.

Nəşrlə söhbətində Qançev Ukraynada mümkün hakimiyyət dəyişikliyi mövzusuna da toxunub. O vurğulayıb ki, Kiyev rejiminin hazırkı rəhbərinin başqa siyasətçi ilə əvəzlənməsi çətin ki, dəyişiklik etsin. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Zelenskinin hələ də danışıqlar prosesində iştirak edə biləcəyini qeyd edib. Moskva bu məqsədlə xüsusi adamlar ayırmağa hazırdır. Onlar ukraynalı siyasətçi ilə dialoq aparacaqlar.

Seçilən
13
Ajans.az

1Mənbələr