Bədənimizdəki qanın təmizlənməsi qaraciyərin, böyrəklərin və limfa sisteminin fəaliyyəti ilə bağlıdır. Bununla belə, qanın təmizlənməsi toksinlərin çıxarılmasına aiddir. Qanınızı toksinlərdən necə təmizləmək olar?
Hicamadan qorxursunuz?
Son illərdə hicama toksinlərdən xilas olmaq üçün məşhur bir üsul halına gəlib. Əgər hicama etmək istəyirsinizsə, lakin bundan qorxursunuzsa, başqa təbii üsuldan istifadə edə bilərsiniz.
Bunun üçün hər gün səhər bu çayı içmək məsləhətdir. Söhbət xurma çayından gedir. Qurudulmuş xurmanın qaynar su ilə dəmlənməsi ilə əldə edilən çay sağlamlıq üçün əvəzolunmaz içkidir. Tərkibində çoxlu vitaminlər, minerallar və antioksidanlar var. Qan təmizləyici təsiri ilə hicama kimi üsullara ehtiyac duymadan orqanizmi təmizləməyə kömək edir.
Qanı təmizləyir, qaraciyərin yükünü azaldır...
Qaraciyərimiz orqanizmin ən vacib detoks orqanıdır. Xurma çayı isə qaraciyərdəki yükü yüngülləşdirir və toksinlərin bədəndən daha tez çıxarılmasına şərait yaradır. Xüsusilə həddindən artıq dərman istifadəsi və qeyri-sağlam qidalanma nəticəsində yorulan qaraciyər üçün bu, böyük dəstəkdir.
Təbii lif mənbəyi olan xurma bağırsaq hərəkətlərini sürətləndirir, qəbizliyin qarşısını alır, həzmi asanlaşdırır və mədənin rahatlamasını təmin edir. Qastrit və xora kimi problemlərə qarşı qoruyucu təsir göstərir.
Səhər yorğun oyanmaqdan bezmisinizsə...
Səhər yorğun oyanmaqdan bezmisinizsə, bu çaydan istifadə edə bilərsiniz. Tərkibindəki şəkər və vitamin sayəsində bədənə enerji verir, beyin funksiyalarını dəstəkləyir və gün ərzində enerjili qalmağınıza kömək edir. C vitamini və antioksidantlarla zəngindir.
Xurma çayının müntəzəm istifadəsi damar tıxanmasının qarşısını alaraq ürək sağlamlığını qorumağa kömək edir. Kaliumla zəngin olduğu üçün qan təzyiqini tarazlaşdırır və yüksək təzyiq riskini azaldır.
Xurma çayı hazırlamaq olduqca asandır. Bir ovuc xurmanı suya atın və qaynamağa qoyun. 5-10 dəqiqə qaynadıqdan sonra 1-2 stəkan istehlak edə bilərsiniz. Səhər acqarına xurma çayı içmək orqanizmin ondan ən yaxşı şəkildə faydalanmasını təmin edir. Gün ərzində də istehlak edilə bilər, lakin səhər istehlak edildikdə həzm sistemi üçün dah çox faydalı olur.
Xurma çayı çoxsaylı sağlamlıq faydaları təqdim edən və təbii qan təmizləyici təsirə malik gözəl içkidir. Bədəninizi toksinlərdən təmizləmək, immunitetinizi gücləndirmək və günə daha enerjili başlamaq istəyirsinizsə, xurma çayı için.
Vüsal Cahanov, “İki sahil”