AZ

4 fevral Ümumdünya Xərçəng Günüdür - QHT sədrinin fikirləri

Hər il fevralın 4-də Ümumdünya Xərçənglə Mübarizə Günü qeyd olunur. Bu günlə əlaqədar tədbirlər ən böyük və ən qədim onkoloji təşkilat olan Beynəlxalq Xərçəngə Nəzarət İttifaqının təşəbbüsü ilə keçirilir və bu, xəstəliyə qarşı mübarizə tədbirlərinin görülməsi məqsədilə maarifləndirməni artırmaq məqsədi daşıyır.

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri və ixtisasca əczaçı İlqar Hüseynli QHT.az-a verdiyi açıqlamada xərçəngin müalicəsi sahəsindəki mövcud vəziyyəti və yeni inkişafları müzakirə edib. Onun sözlərinə görə, formasektik şirkətlər bu sahədə çox maraqlı deyillər, çünki xərçəng dərmanlarının istehsalı çox böyük maliyyə sərfiyyatı tələb edir və nəticə etibarilə bu dərmanların effektivliyi hələlik qənaətbəxş olmur: "Xərçəngin müxtəlif növləri üçün spesifik müalicə metodologiyaları mövcuddur, lakin hər bir növün müalicəsi özünəməxsus yanaşmalar tələb edir. Bu da çox vaxt çətin və maliyyətli bir prosesdir. Həmçinin, biontex şirkətinin hazırladığı vaksin, iki türk alimi tərəfindən inkişaf etdirildib. Şirkət artıq müxtəlif növ xərçənglərə qarşı vaksinlər hazırlayıb və bəzi ölkələrdə bu vaksinlərin istifadəyə verilməsi nəzərdə tutulur".

Bununla yanaşı ixtisasca əczaçı İ.Hüseynli indiyə qədər tam olaraq xərçəngin müalicəsini təmin edən bir dərman preparatının istehsal olunmadığını vurğulayıb. Xərçəngin müalicəsinin həlli üçün çoxsaylı araşdırmaların davam etdirildiyini, lakin bu sahədə hələ də böyük çətinliklərin mövcud olduğunu qeyd edib.

 

Pərvanə Fərhadqızı

Seçilən
5
qht.az

1Mənbələr