AZ

İsveçrə millisinin üzvü "Milan"dan getdi - RƏSMİ

"Milan" hücumçusu Noa Okaforu icarəyə verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "qırmızı-qaralar"ın rəsmi saytı yayıb.

24 yaşlı forvard cari mövsümün sonuna qədər "Napoli"də oynayacaq. Razılaşmaya əsasən Neapol təmsilçisi sonradan müəyyən məbləğ ödəyərək İsveçrə millisinin futbolçusunun transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, Noa 2023-cü ilin yayında "Red Bull Zaltsburq"dan "Milan"a transfer olunub. Cari mövsüm İtaliya nəhənginin forması ilə bütün turnirlərdə 17 matça çıxan forvard 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
27
fanat.az

1Mənbələr