Fevralın 4-ü saat 16:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən hakimiyyet.az-a verilən məlumata görə, fevralın 4-ü saat 16:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi rayonlarda cənub-qərb küləyi əsir.
Belə ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Qobustanda 20 m/s, Kəlbəcərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.
09:20
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə hakimiyyet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Vurğulanıb ki, Sumqayıt, Binə, Şəmkir, Şamaxı, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-də və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.