İsrailin baş naziri Benyamin Netanyahu danışıqlar zamanı ABŞ prezidenti Donald Trampı İranın dərin yeraltı nüvə obyektlərini məhv edə biləcək silahlarla İsrail ordusuna dəstək verməyə inandırmağa çalışacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin diplomatik yolla həllinə dair danışıqlar uğursuz olarsa, hücum həyata keçirilə bilər.
Portal onu da qeyd edir ki, Tramp “İsrailin hərbi əməliyyatına ehtiyac qalmaması üçün” İranla razılaşmaq istəyini ifadə edib.
Məlumata görə, ABŞ lideri və yəhudi dövlətinin baş naziri İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması imkanlarını müzakirə edəcəklər.