AZ

“Ajans.az” xəbər portalının əməkdaşı Aqil Qarayev təltif olundu – FOTO

2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Dillər Universitetində xüsusi tədbir keçirilib.

İNFOAZ.WS-in Ajans.az-a istinadən xəbərinə görə, Universitetin rektoru, akademik Kamal Abdulla tələbələrlə görüşərək onları təbrik edib və gənclərin ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Tədbirin sonunda universitetin ictimai həyatında aktiv iştirak edən tələbələrə sertifikatlar təqdim olunub. Təltif olunanlar arasında “Ajans.az” xəbər portalının əməkdaşı Aqil Qarayev də yer alıb.

O, universitetin fəaliyyətinə verdiyi töhfələrə və gənclər arasında fəallığı ilə seçildiyinə görə sertifikatla mükafatlandırılıb.

image-62

Seçilən
10
1
infoaz.ws

2Mənbələr