Çad hökuməti Liviya və Sudanla sərhədə yaxın ərazidə yerləşən Fransanın iki keçmiş hərbi bazasını Türkiyənin nəzarətinə verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Xatırladaq ki, Fransa ordusu Çaddakı son bazasını ölkənin paytaxtı Njamenada keçirilən hərbi mərasimdə təhvil verib.
Mərkəzi Afrika ölkəsi noyabrın sonlarında qəfildən Parislə hərbi əməkdaşlığı dayandırıb və Fransa qoşunları dekabrın sonunda ölkəni tərk etməyə başlayıb.
Çad 1960-cı ildə ölkə müstəqillik əldə etdikdən sonra Fransa əsgərləri və qırıcı təyyarələri demək olar ki, davamlı olaraq bu ölkədə yerləşdirilib və Çad ordusuna təlim keçib.
Əsasən səhrada yerləşən ölkə Fransanın Afrikadakı hərbi mövcudluğunun əsas sütunu və Sahel bölgəsindəki son dayağı olub. Belə ki, hərbi çevrilişlərdən sonra Fransa qoşunlarını Mali, Burkina Faso və Nigerdən geri çəkib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta