Ajans.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin məşğulluq strategiyasının təşviqi ilə bağlı keçirilən müşavirədə deyib.
“Bu gün beynəlxalq sistem ağrılı bir dövr yaşayır. Artıq əvvəlki kimi geosiyasi mübarizə getmir. Ticarət müharibəsində mübarizə daha da güclənəcək”, - deyə president bildirib.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə bu kontekstdən çıxış edərək müvafiq addımlar atmaq üçün dövlət üçün mümkün riskləri hesablayır. Onlardan biri, prezidentin sözlərinə görə, iqtisadiyyat və ticarət sahəsində yol xəritəsinə yenidən baxılmasıdır. Türkiyə hakimiyyəti də bu sahədə ölkə üçün yeni uzunmüddətli hədəflər üzərində razılaşır.