Siyartonun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin dövründə Aİ özünü dünyanın iki əsas iqtisadi gücündən təcrid edib. Həmçinin, Çindən idxal edilən elektromobillərə tariflər tətbiq olunub və keçmiş ABŞ prezidenti Donald Trampa qarşı tənqidi mövqe sərgilənib. Nəticədə, Siyartonun fikrincə, Avropanın rəqabət qabiliyyəti kəskin şəkildə zəifləyib.
Nazir əlavə edib ki, Macarıstanın iqtisadi neytrallıq strategiyası daha uğurlu olub - ölkə rekord səviyyədə investisiya cəlb edib və məşğulluq göstəricilərini artırıb, halbuki Aİ hələ də bu sahədə uğur qazana bilməyib.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban da Aİ-nin çətin dövrə girdiyini və Trampın hakimiyyətə gəlməsi ilə əvvəlki qaydaların ləğv ediləcəyini vurğulamışdı.