AZ

Hartman 10 oyunluq diskvalifikasiya edildi

ABŞ-nin "Minnesota" klubunun hokkeyçisi Rayan Hartman 10 oyunluq diskvalifikasiya edilib.

Fanat.Az Milli Hokkey Liqasının (NHL) mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu fevralın 1-də "Ottava"ya qarşı keçirdikləri matçda rəqib hücumçu Tim Ştyutsla mübarizədə kobudluq etdiyi üçün cəzalandırılıb.

Hartman almaniyalı rəqibini dirsəyi ilə vuraraq yıxıb. Nəticədə Ştyutslun dəbilqəsi düşüb və hokkeyçi xəsarət alıb.

"Minnesota"nın hücumçusu bu hərəkətinə görə oyunun sonuna qədər meydandan kənarlaşdırılıb. Diskvalifikasiya olunması ilə yanaşı, hokkeyçinin təxminən 488 min dollar cərimələnəcəyi də bildirilib.

Qeyd edək ki, "Minnesota" - "Ottava" matçı Kanada klubunun 6:0 hesablı qələbəsi lə yekunlaşıb.

Seçilən
9
fanat.az

1Mənbələr