![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/uk-silah.webp)
ABŞ qısa fasilədən sonra Ukraynaya silah tədarükünü bərpa edib. Dörd mənbənin “Reuters”ə verdiyi məlumata görə, Ağ Ev əvvəlcə bütün hərbi yardımı dayandırmağı düşünsə də, sonradan bu addımdan geri çəkilib.
Bununla belə, xəbərdə qeyd edilir ki, Tramp administrasiyası daxilində Ukraynaya hərbi dəstəyin davam edib-etməməsi ilə bağlı fikir ayrılıqları var. Bəzi rəsmilər ABŞ ehtiyatlarından silah tədarükünün davamlılığından narahat olduqlarını, digərləri isə Kiyevin döyüş qabiliyyətini saxlamasını təmin etmək üçün yardımların davam etməli olduğunu bildirirlər.
Vəzifəsinin son aylarında Bayden administrasiyası hər ay ABŞ ehtiyatlarından Ukraynaya orta hesabla 1 milyard dollar dəyərində silah göndərirdi. Trump vəzifəyə gəldikdən sonra heç bir yeni yardım paketi elan etməyib, ancaq Bayden dövründə təsdiqlənmiş göndərişlərin davam etdiyi düşünülür.
ABŞ-ın hərbi dəstəyi Ukraynanın döyüş meydanında dayanıqlığını artırır, ancaq digər tərəfdən də Vaşinqtonun bu cür yardımı uzunmüddətli perspektivdə davam etdirə biləcəyi suallar doğurur.
TAHİR