AZ

Fiziki şəxslərin banklarda manat və xarici valyuta ilə əmanətləri artıb

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycan banklarında fiziki şəxslərinəmanətlərinin həcmi 14,4 milyard manat təşkil edib.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, əmanətlərin həcmi ötən ilin dekabrın 1-nənisbətən 426,3 milyon manat və ya 3%, ötən ilin analoji dövrü iləmüqayisədə isə 1,7 milyard manat və ya 13,2% artıb.

Bu ilin yanvarın 1-nə fiziki şəxslərin milli valyuta iləbanklarda əmanətlərinin həcmi 9,7 milyard manat, xarici valyuta iləisə 4,9 milyard manat təşkil edib.

Milli valyuta ilə əmanətlərin həcmi ötən ilin dekabrın 1-i iləmüqayisədə 349,5 milyon manat və ya 3,7%, illik müqayisədə isə 1,1milyard manat və ya 12,5% artıb.

Xarici valyuta ilə isə bu göstərici ötən ilin dekabrına nisbətən76,8 milyon manat və ya 1,6%, illik nisbətdə isə 630,2 milyon manatvə ya 14,6% artıb.

Seçilən
12
az.trend.az

1Mənbələr