AZ

Ötən il Ermənistan ordusunda ölüm halları ilə bağlı 5 cinayət işi məhkəməyə göndərilib

2024-cü ildə Ermənistan Silahlı Qüvvələrində qeyri-döyüş şəraitində qeydə alınmış ölüm faktları üzrə Ermənistan Respublikası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən araşdırılmış 5 cinayət işi ittiham aktı ilə məhkəmələrə göndərilib.

Herbiand.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən bildirilib.

“5 iş üzrə xitam verilib, ancaq hələ də həllini tapmamış cinayət işləri üzrə müvafiq, hərtərəfli və qərəzsiz ibtidai araşdırmalar aparılır”, - İstintaq Komitəsindən bildirilib.

Ermənistan hüquq müdafiəçilərinin məlumatına görə, 2024-cü ildə qeyri-döyüş şəraitində 35 ölüm halı qeydə alınıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
11
50
herbiand.az

10Mənbələr