AZ

Türkiyə İsrailin döyüşləri bərpa edə biləcəyindən ehtiyat edir

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, məhbus mübadiləsi başa çatdıqdan sonra İsrailin Qəzzada döyüşləri bərpa edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik var.

 

Oxu24.com xəbər verir  ki,O, bunu Misirin xarici işlər naziri Bədr Abdel Ata ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

 

“Beynəlxalq ictimaiyyət Qəzzada atəşkəsin daimi olması üçün səfərbər olmalıdır. Mənim Həmas siyasi bürosunun üzvləri ilə görüşüm oldu. HƏMAS atəşkəs razılaşmasının tələblərini yerinə yetirməkdən çəkinmir. Bununla belə, İsrail girovlarının azad edilməsindən sonra Netanyahu hökumətinin hansı mövqe tutacağı ilə bağlı bəzi suallar var. “Netanyahunun yenidən döyüş əməliyyatlarına başlayacağı ehtimalı hamını narahat edir”, - deyə Fidan bildirib.

 

Nigar

 

Seçilən
5
oxu24.com

1Mənbələr