Suriyanın yeni prezidenti Əhməd əl-Şaranın həyat yoldaşı Türkiyəyə səfəri öncəsi gündəmə gəlib.
Publika.az xəbər verir ki, Əhməd əl-Şara Məkkədə ümrə ziyarəti edib. Ümrə ziyarəti zamanı prezidenti həyat yoldaşı və Suriyanın xarici işlər naziri Əsəd Şeybani müşayiət edib.
Şaranın həyat yoldaşı Lətifə Şara beynəlxalq mediada gündəmə gəlib. Beynəlxalq media qurumları "Suriyanın birinci xanımı" adı ilə Lətifə Şara diqqət çəkərkən cütlüyün ilk dəfə bir yerdə göründüyünü də vurğulayıblar.