AZ

Sarkisyanın öldüyü hadisəni erməni kamikadze törədib?

Dünən Moskvada yaşayış kompleksində baş verən partlayışın kamikadze tərəfindən törədildiyi ehtimal edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Kommersant” yayıb. 

Bildirilib ki, ilkin məlumata görə, hadisəni əvvəllər mühakimə olunmuş Ermənistan vətəndaşı törədib. Belə ki, həmin şəxs “Donetsk Xalq Respublikası”nın Boks Federasiyasının “fəxri prezidenti” və “Arbat” batalyonunun təsisçisi, erməniəsilli Armen Sarkisyan binaya daxil olarkən partlayıcı qurğunu işə salıb. 

Xatırladaq ki, hadisə dünən səhər saatlarında qeydə alınıb. İlk yayılan məlumatda Sarkisyanla birlikdə onun cangüdənin də həlak olduğu bildirilirdi. Partlayış nəticəsində daha 4 nəfər xəsarət alıb. TASS öz mənbələrinə istinadən insidentin Armen Sarkisyana qarşı sui-qəsd olduğunu yazıb. Hazırda partlayış kütləvi qətl olaraq araşdırılır.

 

Seçilən
17
10
qafqazinfo.az

10Mənbələr