AZ

“Alıye Parusı”da ölən ikinci şəxs Ermənistandan olan KAMİKADZE OLUB – FOTO

“Alıye Parusı”da ölən ikinci şəxs Ermənistandan olan kamikadze olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

KİV-in məlumatına görə, qatil MON-50 minası daşıyırmış. Armen Sarkisyan liftdən çıxan zaman kamikadze partlayıcını işə salıb.

Ehtimal olunur ki, partlayış törədən şəxs əvvəllər məhkum olunmuş Ermənistan vətəndaşıdır.

Hazırda iki əsas versiya nəzərdən keçirilir: Sarkisyanın Arbat batalyonunun yaradıcısı kimi fəaliyyəti ilə bağlı Ukrayna izi və tütün bazarının yenidən bölüşdürülməsi.

O, xaricdən ölkənin ən böyük tütün tədarükçülərindən biri olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
interpress.az

1Mənbələr