Bakı. Trend:
Ötən il Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 29,3milyard manat təşkil edib.
Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmiəvvəlki illə müqayisədə 5,3 milyard manat, yaxud da 22,1% artıb.2023-cü ildə iqtisadiyyata kredit qoyuluşlarının həcmi 24 milyardmanat olub.
Bununla yanaşı, kredit qoyuluşunun 7,1 milyard manatı dövlətbanklarının payına düşüb ki, bu da illik müqayisədə 1,6 milyardmanat və ya 30,1% artım deməkdir. 2023-cü ildə kreditqoyuluşlarının dövlət banklarına düşən həcmi 5,5 milyard manattəşkil edib.
Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 20,3milyard manatı özəl bankların payına düşüb. Əvvəlki illə müqayisədəözəl bankların payına düşən kredit qoyuluşları 2,6 milyard manat,yaxud da 15% artıb. Belə ki, 2023-cü ildə iqtisadiyyata kreditqoyuluşlarının 17,7 milyard manatı özəl bankların payınadüşmüşdü.
Ötən il iqtisadiyyata kredit qoyuluşlarının qeyri-bank kredittəşkilatlarına düşən payı 1,8 milyard manat olub ki, bu da, illikmüqayisədə 1 milyard manat və ya 2,3 dəfə çoxdur. 2023-cü ildəiqtisadiyyata kredit qoyuluşlarının qeyri-bank kredittəşkilatlarına düşən payı 0,8 milyard manat idi.
Qeyd edək ki, dövlət bankları tərəfindən kredit qoyuluşu ümumikredit qoyuluşunun 24,4%-ni, özəl banklar tərəfindən kreditqoyuluşu ümumi kredit qoyuluşunun 69,4%-ni, bank olmayan kredittəşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kreditqoyuluşunun 6,2%-ni təşkil edib.