Ötən gün ABŞ-nin hökumətin səmərəliliyi departamentinin rəhbəri İlon Mask ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinin davam etdiyini açıqlayıb.
USAID-in rəhbəri Samanta Pauer və demokratlarım hakimiyyəti dövründə ABŞ imperialist şəbəkələrinin dünyanı qarışdırmaq proyektlərində də təəssüflər olsun ki, yaxından iştirak etmişdir.
USAID bir çox ölkələrdə guya humanitar layihələri maliyyələşdirdiyini söyləsə də, reallıqda onun dünyaya yanaşması çox haqsız olub. Buna məsəl olaraq, ötən il Ermənistana ayrılan yardımın iki dəfədən çox artırılaraq, 120 milyon dollardan 250 milyon dollara qaldırması da USAID-in real mahiyyətinin nə olduğunu növbəti dəfə dünyaya nümayiş etdirmiş olur.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Politoloq qeyd edib ki, indi biz görürük ki, Donald Tramp və onun komandası USAID-ə qarşı çox kəskin mövqe nümayiş etdirir və bu əslində bir daha onu göstərir ki, USAID-in bu sahədə addımları əslində Amerikanın yeni siyasi hakimiyyətini də qane etmir. Bu baxımdan da Tramp USAID-in rəhbərliyini dəyişmək istəyir və USAID-in boşuna ayırdığı milyonlarla dolların hesabını soruşmağa başlayır.
“Digər bir tərəfdən Azərbaycan USAID-lə bağlı öz narazılığını yüksək səviyyədə dəfələrlə bildirib ki, buna bizim haqlı səbəblərimiz olub.
Bu qurumun ləğv edilməsini zəruri edən amillər odur ki, Amerikanın imperialist və istismarçı imicində USAID önəmli həlqəni təşkil edir ki, bu da ölkələrarası münasibətlərdə Amerikanın dünya coğrafiyasına və siyasətinə yanaşmasında Amerikanın öz imicinə çox böyük zərbə vurur deyə düşünürəm”, - deyə Tural İsmayılov vurğulayıb.