AZ

Hovuzda boğulduğu deyilən yeniyetmənin xalası oğlu: "Ev yiyəsi kameranı qırıb" - FOTO

Qəbələdə hovuzda boğulduğu deyilən Ağcabədi rayon sakini, 15 yaşlı Hüseyn Hüseynov ilə bağlı yeni təfərrüat məlum olub.

 
Yenilik.az xəbər verir ki,  bu barədə Oxu.Az-a H.Hüseynovun xalası oğlu Rüstəm Məmmədov məlumat verib.
 
Rüstəm Məmmədovun açıqlamasına görə, yayılan məlumatlar yanlışdır:
 
"Hüseyn evdə 22 yaşlı güləş müəllimi Nəsir Nəsirovla yarışa gedəcəyini deyib. Sonra yarış təxirə düşdüyü üçün Qəbələnin Vəndam qəsəbəsində yerləşən "A-Frame" istirahət evinə gediblər. 5 nəfər tələbə, müəllim və onun dostları olublar. Ümumilikdə 8 nəfər gediblər. Orada hadisənin necə baş verdiyi bilinmir, uşaq dünyasını dəyişib, adını qoyublar ki, suda boğulub. Sözügedən 5 uşaqdan biri mənə dedi ki, hadisədən sonra ev yiyəsi kameranı qırıb. Mən istəyirəm ki, məsələ düzgün araşdırılsın, aydınlığa çıxsın.
 
Hüseynin atası 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Valideynləri də mənim bildiklərimi bilirlər".
 
Hovuzda boğulduğu deyilən yeniyetmənin xalası oğlu: "Ev yiyəsi kameranı qırıb"
Seçilən
0
5
yenilik.az

6Mənbələr