İranlıların 27%-i günlük 2 dollarla dolanır və iranlıların 6,5 faizindən çoxu qida çatışmazlığından əziyyət çəkir.
Yenisabah.az Etemad-a istinadla xəbər verir ki, bunu Global Hunger Index-in (QlobalAclıq Indeksi) araşdırmaları da sübut edir.
Hesabatda deyilir: “Əhali arasında çəki azlığı, boy qısalığı, kəskin arıqlama kimi qida çatışmazlığı əlamətləri müşahidə olunur. Bu, İranın dünyanın ən böyük neft və qaz ehtiyatlarına malik ölkələrindən biri olmasına baxmayaraq belədir".
Qlobal Aclıq İndeksinə görə, İranın vəziyyəti Livan və Mərakeş kimi ölkələrlə yanaşıdır.
Telegram kanalımız