AZ

Türkiyə və Yunanıstanı qorxuya salan zəlzələ qasırğası – Bir ada boşaldılır

Egey dənizində zəlzələ qasırğası Yunanıstanda narahatlığı artırmaqdadır.

Heftelik.az-ın xəbərinə görə, Geodinamik İnstitutunun araşdırmaçı direktoru Athanassios Ganas ERT Dövlət Televiziyasına açıqlamasında son 72 saatda maqnitudası 4-dən böyük 40-dan çox zəlzələ baş verdiyini, ilk dəfə belə bir halın şahidi olduqlarını bildirib.

Bu gün yer altından gələn uğultu səsləri təşvişi daha da artırıb. Geoloq Efthimios Lekkas deyib ki, bu uğultu zəlzələnin özünün deyil, yerüstü proseslərin bir nəticəsidir. Onun sözlərinə görə, bu uğultu səs dalğalarının yayılmasından qaynaqlanır. Uğultu bəzi yerlərdə daha yüksək eşidilsə də, bəzi yerlərdə zəif hiss olunur, yaxud hiss olunmur.

Sarsıntıların mərkəzində yer alan Santorini adasını isə sakinlər tərk edir. Bazar günündən indiyə qədər 4600 nəfər qayıqla, 1300 nəfər təyyarə ilə adadan çıxıb.

Yunanıstanla bərabər sarsıntılar Türkiyənin Aydın və digər bölgələrində də hiss olunmaqdadır. Mütəxəssislər zəlzələlərin maqnitudasının artacağını, daha dağıdıcı zəlzələ ola biləcəyini də istisna etmirlər.

 

Seçilən
2
heftelik.az

1Mənbələr