AZ

Minlərlə tələbəyə təsir edəcək qərar - Araşdırma başladıldı

Amerikada kollec tələbələri antisemitizmə qarşı etirazlara görə sanksiyalarla üzləşirlər. Səbəbi isə ABŞ prezidenti Donald Trampın qəbul etdiyi mübahisəli sərəncamdır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Təhsil Nazirliyi məlumat yayıb.

Yanvarın 30-da Tramp Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələrin deportasiyasına əsas verən “antisemitizmlə mübarizə” ilə bağlı sərəncam imzalayıb. Bu çərçivədə 5 universitet haqqında "anti-semit rəftar müşahidə edildiyi" əsası ilə istintaq başladılıb.

2024-cü ilin aprelində başlayan və bütün dünyaya yayılan Fələstinə dəstək nümayişləri keçirən müəssisələr arasında “Kolumbiya”, “Şimal-Qərb”, “Portlend”, “Twin Cities Minnesota” universitetləri və “Kaliforniya” universitetinin Berkli Kampusu var.

Seçilən
6
publika.az

1Mənbələr