AZ

Azərbaycan Tatarıstanla energetika sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

Bakı. Trend:

Azərbaycan Tatarıstan Respublikası ilə energetika sahəsindəəməkdaşlıq məsələlərini müzakirə edib.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovözünün "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

"Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye vəticarət naziri Oleq Korobçenko ilə geniş tərkibdə görüşümüzəməkdaşlıq əlaqələrinin inkişafı aspektində səmərəli keçdi.Azərbaycan və Tatarıstanın enerji şirkətləri arasında mövcudəməkdaşlığa və perspektiv layihələrə dair geniş fikir mübadiləsiapardıq", - deyə paylaşımda qeyd olunub.

Seçilən
5
1
az.trend.az

1Mənbələr