AZ

Müştərilərin banklardakı əmanətləri 38 milyard manata çatıb

2025-cü ilin yanvarın  1-nə Azərbaycan banklarının depozit portfeli 37 milyard 696,6 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Depozit portfeli aylıq müqayisədə 2 milyard 504,6 milyon manat (7,1%), 2024-cü ilin əvvəli ilə müqayisədə 3 milyard 146,5 milyon manat (9.1%) böyüyüb.

Depozit portfelinin 14 milyard 147 milyon manatı xarici valyutada formalaşıb.

Bu göstərici də aylıq müqayisədə 253,1 milyon manat (2%),  illik müqayisədə 790,7 milyon manat (6%) böyüyüb.

Seçilən
16
fed.az

1Mənbələr