Bu il paytaxt Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarışın başlayacağı vaxt müəyyənləşib.
Əsas yarış sentyabrın 21-də, Bakı vaxtı iləvaxtla saat 15:00-da start götürəcək.
Sentyabrın 19-da, saat 12:30-da birinci sərbəst yürüş, 16:00-da isə ikinci sərbəst yürüş başlayacaq. Növbəti gün saat 12:30-da üçüncü sərbəst yürüş, 16:00-da isə təsnifat gerçəkləşəcək.
Xatırladaq ki, "Formula 1"də yeni mövsümə martın 16-da Avstraliyada start veriləcək.