AZ

ABŞ-da donuz böyrəkləri insanlara köçürüləcək

ABŞ geni dəyişdirilmiş donuzlardan insanlara böyrək transplantasiyası sınaqlarını təsdiqləyib.

Editor.az bu barədə Washington Post-a istinadla xəbər verir.

Yayımlanan xəbərə görə, Qida və Dərman İdarəsi iki şirkətə, United Therapeutics və eGenesis-ə klinik sınaqlar keçirməyə icazə verib. Tədqiqatda son mərhələdə böyrək çatışmazlığı olan altı xəstə iştirak edəcək. Gələcəkdə iştirakçıların sayının 50-yə çatdırılması planlaşdırılır.

United Therapeutics-in ilk əməliyyatının 2025-ci ilin ortalarında baş tutacağı gözlənilir. “eGenesis” şirkəti tərəfindən daha 3 böyrəyin köçürüləcəyi bildirilir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr