Rey Krok bir gün avtomobilində oturarkən maraqlı bir mənzərə ilə qarşılaşır. Avtomobil parkı tamamilə dolmuşdu və uzun bir növbə vardı. İnsanlar əllərində yeməklə gəzirdilər və üzləri gülürdü. Krok avtomobildən düşüb, izdihamın olduğu yerə doğru gedir.
Krok girdiyi restornaın içində belə bir yazı ilə rastlaşdı: “15 sentə dünyanın ən dadlı hamburgerini satırıq. Növbə gözləmək yoxdur, işçi üçün bəxşiş vermək lazım deyil."
Rey Krok ABŞ-ı başdan-başa gəzərək milkshake maşınları satdığı üçün ölkədəki müxtəlif restoran növlərini yaxşı bilirdi. Lakin belə birini ilk dəfə görürdü.
Bu hadisə 1954-cü ildə baş verib. Yəni McDonald qardaşlarının Kaliforniyada kiçik restoranlarını açmalarından 14 il sonra...
Gəlin, indi dünyanın ən böyük fast food restoran şəbəkələrindən biri olan McDonald's-ın uğur hekayəsinə nəzər salaq:
"McDonald's" nə zaman və necə quruldu? Qurucusu kimdir?
Mac Donald və Dick McDonald, fast food stendi işinə 1940-cı ildə başladılar. Lakin 8 il boyunca çox qazanc əldə edə bilmədilər. 8 ildən sonra istehsal avtomatlaşdırılmağa başlandı. Yəni minimum zəhmətlə maksimum sayda hamburger istehsal edilməyə başladı. Restorandan ofsiantları, masa və stulları çıxartdılar. Artıq insanlar pəncərə önündə növbəyə durub, sifarişlərini verirdilər. Bütün xərcləri mümkün qədər aşağı salmağa çalışan Donald qardaşları, keyfiyyəti aşağı salmadılar.
Dick McDonald bu barədə belə deyir:
"Konseptimiz sürət, aşağı qiymət və satış miqdarı üzərində cəmlənib. Qiymətləri aşağı tutduqca müştəri sayımız artır və üstəlik müştərilər öz işlərini özləri həll edirlər".
1954-cü ildə McDonald qardaşları 10 restoran daha açdılar, lakin bu restoranlar yaxşı işləmir və heç də çox qazanc gətirmirdi. (Restoran dedikdə, bugünkü McDonald's filialları kimi başa düşməyin. Əvvəlcə insanlar yalnız hamburger və kola alıb gedirdilər. Yəni bu restoranlarda oturacaq yer yox idi.)
Rey Krok meydana çıxdı
Elə bu dövrdə İllinoys ştatından Rey Kro meydana çıxdı. Vizyon sahibi və cəsur bir marketoloq olan Krok, həmişə böyük oynamağı sevən bir sahibkar idi. Milkshake maşınları satan və eyni zamanda Floridada əmlakçılıq edən Krok, hər zaman işində birinci olmaq istəyən bir insandı.
McDonald qardaşlarına öz françayzinq fikrini təqdim edən Krok deyirdi ki, ölkənin hər yerində avtomobil yollarının kənarında yüzlərlə "McDonald's" restoranı olması fikri onu çox həyəcanlandırır.
Lakin McDonald qardaşları əvvəlcə onun bu fikrinə çox soyuq yanaşdılar. Çünki Kaliforniyadakı filiallarında yaxşı qazanc əldə edirdilər. Bircə şöbə onlara kifayət edirdi. Amma Krok israrla deyirdi ki, yeni şöbələrin açılmasında birbaşa iştirak edəcək və onlar sadəcə pulunu izləyəcəklər. Krokun bu təklifinə dayanmayan McDonald qardaşları, nəhayət onu qəbul etdilər.
McDonald's Necə Böyüdü?
Həmin vaxtdan etibarən hazırlıqlara başlayan Rey Krok françayzinq satışına başlamadan əvvəl nümunəvi bir şöbə qurmağa qərar verdi. Bir dostu ilə Çikaqoda 1955-ci ildə bir şöbə açdılar. Kaliforniyadakı şöbə kimi burada da zaman və puldan qənaət etmək əsas olmalı idi. Fritözlərin və tavaların dizaynı belə, xərcləri azaltmaq üçün vacib idi. Lakin ən önəmli məsələ, Krokun qida keyfiyyətinə qarşı çox həssas olması idi. Xüsusilə kartof qızartması insanlar tərəfindən çox bəyənilirdi. İnsanlar sanki kartof qızartması yemək üçün "McDonald's" a gedirdi.
Əslində, Çikaqo filialı, Kaliforniya filialı qədər yaxşı qazanmırdı, amma yenə də ilk gündən gəlir gətirməyə başlamışdı. Buna görə də çox sayda insan filial almaq üçün Kroka müraciət edirdi.
Bir il ərzində ABŞ üzrə 11 "McDonald's" şöbəsi açıldı. Növbəti il isə 25 şöbə daha açıldı.
Əmlak işinə girildi
McDonald qardaşları ilə olan razılaşmaya görə, Krok ümumi gəlirdən yalnız 1.9% pay alırdı, digər şöbələrin qazancından isə 25 %-i McDonald qardaşlarına gedirdi. Bu nisbət daha yaxşı ola bilərdi. Bunun üçün şirkətin maliyyə direktoru Harry Sonneborn, şöbələrin açdığı mağazaları alıb, onlara kirayə vermək təklifi etdi. 1956-cı ildə Franchise Realty Corporation adıyla bir şirkət quruldu və bu şirkət "McDonald's" restoranlarının dükan sahibi olaraq fəaliyyət göstərdi.
Zamanla kirayələrin artırılması yolu ilə "McDonald's"ın mənfəəti böyük artış göstərdi.
1959-cu ildə şirkət, öz adına 10 restoran açmaq istədi. Yəni şöbəlik hüququ verdiyi françayzlar xaricində birbaşa McDonald's-a bağlı 10 restoran daha açılacaqdı. Bunun üçün şirkətin 22.5 %səhmləri müqabilində 1.5 milyon dollar kredit alındı. 1960-cı illər ərzində bu kredit sayəsində şirkətin böyüməsi davam etdi.
Rey Krok "McDonald's" ı satın aldı
Kirayə verilən restoranlardan gələn gəlirlərə baxmayaraq, Krok, McDonald qardaşları ilə olan razılaşmadan məmnun deyildi. 1961-ci ildə şirkəti satın alma təklifi verdi və "McDonald's"ı 2.7 milyon dollara aldı. Bu qiymət ona çox yüksək görünsə də, Krok həyatının ən doğru sərmayəsini etmiş oldu.
Günümüzdə 43,000 şöbə
Ray Kroc, 1968-ci ildə CEO-luğu tərk etsə də şirkətdə fəal olmağa davam etdi. 1970-ci illərdəki iqtisadi çətinliklərə baxmayaraq, şirkətin böyüməsi istiqamətində tövsiyələr verdi. Hətta onun
“niyə hər şeyin qiyməti ucuzlaşdıqca böyüməyə çalışmırsınız”- deyə şirkət idarəçiliyinə qışqırdığı deyilir.
Krok, 1984-cü ildə vəfat etdikdə, 32 fərqli ölkədə ümumilikdə 8000-dən çox "McDonald's" şöbəsi var idi. 2024-cü il etibarilə isə dünyada təxminən 43,000 şöbəsi mövcuddur. Restoran başına orta satış 2.2 milyon dollar olan "McDonald's"ın illik dövriyyəsi 70 milyard dollardır. Bu rəqəm illik təxminən 25 milyard insanın "McDonald's" hamburgeri yeməsi ilə ya da "McDonald's" kassirlərinin bir il ərzində 25 milyard sifariş alması ilə mümkündür.
Bu Uğurun Sirri Nədir?
Bəs yaxşı idarəetmə və bir az da şans xaricində, "McDonald's" necə bu qədər uğurlu oldu?
Şirkətin tarixini araşdırdıqda, üç əsas amil diqqətə çarpır: Françayzinq modeli, səmərəlilik və müştəri məmnuniyyəti.
Yaxşı bir markanız və yaxşı bir iş modeliniz varsa, françayzinq hər şirkətin bəyəndiyi bir seçimdir. Şirkətinizin adını, imicini, məhsulunu və keyfiyyətini bayilərə təklif edirsiniz və sonra bundan pul qazanırsınız. Üstəlik, françayzinq modelinə uyğun bir iş qurmaq üçün çox böyük kapitala ehtiyac yoxdur. Bu da bu modeli daha cazibədar edir.
Rey Krok, idarəetmə zamanı "McDonald's" standartlarını müəyyənləşdirdi və mərkəzsiz bir biznes mühiti yaratdı.
Françayzinq modeli "McDonald's" üçün ilk gündən əsas model oldu. Kroc bu barədə belə
Şirkətin tarixində "McDonald's"ın icazə verdiyi restoranların inkişafı üçün birbaşa müdaxilə oldu. Rey Krok şirkətdən təqaüdə çıxdıqda, bütün restoran sahiblərindən digər restoranlarda 500 saat çalışmaları tələb olundu. Həmçinin şirkətin təlim mərkəzi olan Hamburger U-da təhsil almaları şərt olundu. Bəzi vaxtlar şirkət, restoran açılması üçün fərqli bölgələrdə mağaza axtarışına çıxdı.
Lakin françayz əlaqəsi iki tərəflidir. Məsələn, "McDonald's"ın məşhur menyuları olan "Big Mac2, "Egg McMuffin" və "Filet-O-Fish" "McDonald's"ın Vaşinqtondakı restoranlarından çıxdı. Sonra bu menyular bütün restoranlarda satılmağa başlandı. "McDonald's"ın məşhur klon Ronald McDonald isə William Scott adlı bir televiziya prodüseri tərəfindən uşaqları əyləndirmək məqsədilə yaradıldı və bu fikir Krokun çox xoşuna gəldi.
Uğurun əsas açarı
Təkrarlamaq üçün: "McDonald's", qida keyfiyyətinin sabit olması, sürət və səmərəlilik ilə bazarda lider oldu. Düzgün təlim, mütəmadi yoxlamalar və standartlara riayət "McDonald's" ın dünya çapında müvəffəqiyyətini təmin edən əsas faktorlardır.
"McDonald’s" Azərbaycanda
Azərbaycanda ilk "McDonald’s" restoranı 1999-cu il noyabrın 6-da ölkənin paytaxtı Bakı şəhərinin mərkəzində yerləşən Fəvvarələr Meydanında açıldı. Hazırda Azərbaycanda 28 "McDonald’s" restoranı fəaliyyət göstərir. 2009-cu ildə "McDonald’s" Azərbaycan özünün 10 illik yubileyini təntənəli surətdə qeyd etdi.
Davud