AZ

İsveçdə məktəb yaxınlığında atışma nəticəsində 5 nəfər yaralanıb

İsveçin mərkəzi Örebro şəhərində məktəb qarşısında baş verən atışmada 5 nəfər yaralanıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə polisə istinadən SVT telekanalı məlumat yayıb.

 

Zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir. Hazırda polis hadisə ilə bağlı şərh vermir.

 

Yerli sakinlərə məktəbin yerləşdiyi ərazidən uzaq durmaq tövsiyə olunur.

 

Daha əvvəl məlum olmuşdu ki, atışma xəbərindən sonra İsveçin mərkəzindəki Örebro şəhərindəki Campus Risbergska məktəbinin ərazisində polis əməliyyatı aparılır. Məlumdur ki, söhbət avtomat silahlardan atəş açmaqdan gedir. Polis qeyd edib ki, iş “ağır zorakılıq cinayətinin törədilməsinə” aiddir.

 

Oktyabr ayında İsveçin Kungsbacka şəhərində ticarət mərkəzində atışma baş verdiyi barədə məlumat yayılmışdı.

 

Bundan əvvəl Tennessi ştatında məktəbdə atışma baş verib.

 

Nigar

 

Seçilən
5
oxu24.com

1Mənbələr