AZ

İsveçrə Azərbaycandan qeyri-neft məhsulları idxalını 26%-ə yaxın artırıb

Bakı. Trend:

Ötən il Azərbaycandan İsveçrəyə 220,4 milyon ABŞ dollarıdəyərində qeyri-neft məhsulları ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 45,1milyon ABŞ dolları və ya 25,7% çoxdur. Hesabat dövründə İsveçrəyəqeyri-neft məhsulları ixracı Azərbaycanın ümumi ixracının 6,57%-nitəşkil edib.

Eyni zamanda 2024-cü ildə Azərbaycanla İsveçrə arasında ticarətəməliyyatlarının həcmi 464,3 milyon ABŞ dolları təşkil edib.Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 214,9milyon ABŞ dolları və ya 86,2% çoxdur.

Ötən il Azərbaycandan İsveçrəyə 220,4 milyon ABŞ dollarıdəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ildəki göstəriciyənisbətən 45 milyon ABŞ dolları və ya 25,7% çoxdur. 2024-cü ildəAzərbaycan İsveçrədən məhsul idxalını illik müqayisədə 169,8 milyonABŞ dolları və ya 3,3 dəfə artıraraq 243,8 milyon ABŞ dollarınaçatdırıb.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə(180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7%azdır. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dollarıixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Son 1 ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb,idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb. Nəticəetibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbətsaldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Seçilən
7
az.trend.az

1Mənbələr