AZ

Ev işləri görməyən oğlunu kabel ilə döyərək ÖLDÜRDÜ

Ajans.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mirror” nəşri məlumat yayıb.

Qeyd olunur ki, hadisə yanvarın 28-də Sietldə baş verib. 29 yaşlı qadın oğlunun ev işlərini görmədiyini biləndən sonra əsəbiləşib.

Bundan sonra səhlənkar ana cəza olaraq uzatma kabeli ilə zərbələr seçərək, yeniyetməyə yerində dayanmağı əmr edib.

“Yeniyetmə qadının onu döyməsinə baxmayaraq 1 saat boyunca səssiz-səmirsiz dayandı. Çünki anası bu cür əmr etmişdi”, - mənbə bildirib.

Bundan sonra uşağın cəzadan sonra özünə gələcəyinə əmin olmaq istəyən ana beş dəqiqə gözləyib. Lakin o, həyat əlamətləri göstərməyi dayandırdıqda, qadın baş verənləri bildirmək üçün polisə zəng edib. Çoxsaylı xəsarətlər alan yeniyetmənin həyatını həkimlər xilas edə bilməyib. Uşağın anası hüquq-mühafizə orqanları tərəfindən həbs edilib, iş üzrə istintaq davam etdirilir.

Seçilən
8
Ajans.az

1Mənbələr