AZ

Yeni anti-Rusiya sanksiyalar paketi hazırlanır

Fevralın 5-də Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini razılaşdırmağa başlayacaqlar.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Aİ Rusiyanın Ukraynada hərbi əməliyyatının başlamasının ildönümünə qədər yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırdığını bəyan edib. Paketə şəxsi məhdudiyyətlər də daxil olacaq.

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib ki, 16-cı sanksiyalar paketi mayeləşdirilmiş təbii qaz və Rusiya sənayesinə təsir edəcək.

Seçilən
12
publika.az

1Mənbələr