"Real"ən mərkəz müdafiəçisi David Alaba zədələnib.
Publika.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Avstriyalı futbollçuya sol budun əlavəedici əzələsinin zədələnməsi diaqnozu qoyulub. Alabanın sağalma müddəti 2-3 həftə çəkəcək.
Buna görə də o, La Liqanın 23-cü turunda (8 fevral) "Atletiko" ilə derbini və fevralın 11 və 19-da baş tutacaq Çempionlar Liqasının pley-off mərhələsində "Mançester Siti" ilə hər iki matçı buraxacaq.