AZ

İqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı açıqlanıb

Bakı. Trend:

Ötən ilin dekabrın 1-nə olan məlumata görə, Azərbaycandaiqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışanişçilərin sayı 1,775 milyon nəfər olub.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrəmuzdla çalışan işçilərin sayı dövlət sektorunda 884,4 min nəfər,özəl sektorda çalışan işçilərin sayı isə 890,9 min nəfər təşkiledib.

İqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışanişçilərin sayında birinci yerdə təhsil sahəsi dayanıb. Belə ki, busahədə muzdla çalışan işçilərin sayı 328,5 min nəfər olub ki, onunda 311,2 min nəfəri dövlət sektorunda, 17,3 min nəfəri özəlsektorda fəaliyyət göstərən şəxslər olub.

Siyahının ikinci pilləsində ticarət; nəqliyyat vasitələrinintəmiri sahəsində fəaliyyət göstərən işçilər tutub. Bu sahədə muzdlaçalışan işçilərin sayı 328,2 min nəfər olub. Bu işçilərin 3,2 minnəfəri dövlət sektorunda 325 min nəfəri özəl sektorda çalışanşəxslər olub.

Digər ən çox muzdla çalışan işçilər əhaliyə səhiyyə və sosialxidmətlərin göstərilməsi sahələrində cəmləşib. Bu sahədə muzdlafəaliyyət göstərən işçilərin sayı 121 min nəfəri dövlət sektoru,29,8 min nəfəri özəl sektor olmaqla 150,8 min nəfər təşkiledib.

Muzda çalışan işçilərin sayının ən az olduğu sahə daşınmazəmlakla əlaqədar sahələr olub. Bu sahələrdə muzdla çalışanişçilərin sayı 19,4 min nəfər olub ki, onların 5,5 min nəfəridövlət sektorunda, 13,9 min nəfəri özəl sektorda fəaliyyətgöstərib.

Qeyd edək ki, bəhs olunan dövrdə iqtisadiyyatın neft-qazsektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1743,7 minnəfər çalışıb.

Seçilən
7
az.trend.az

1Mənbələr