Çin, ABŞ-ın vergi tədbirlərinə qarşı Dünya Ticarət Təşkilatına (WTO) şikayət ərizəsi təqdim edib. “Ulusum”.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.1 fevralda ABŞ prezidenti Donald Tramp Meksika, Kanada və Çin mallarına vergi tətbiq edilməsi barədə fərman imzalayıb. Fevralın 4-də Çinin bütün ixracı üzərinə 10%-lik tarif tətbiq olunmağa başlayıb.Çin, öz qanuni hüquq və maraqlarını müdafiə etmək məqsədilə ABŞ-ın vergi tədbirlərinə qarşı şikayət ərizəsini WTO-nun mübahisə həlli mexanizminə təqdim etdiyini bildirib.Bundan əlavə, Çin, ABŞ-dan kömür, maye qaz (LNG), neft və kənd təsərrüfatı maşınları üzərində əlavə tariflər tətbiq etmə qərarını verib.Səidə
Diqqət Çəkənlər
Makronun arvadını kişi adlandıran jurnalist Rusiyadan sığınacaq istəyir
Şotlandiya ev pişikləri üçün komendant saatı tətbiqini müzakirə edir
Aİ liderləri ABŞ-ın rüsum qərarına cavab verəcəklərini bildiriblər