"Fənərbağça"nın "Srvena Zvezda"dan 4.5 milyon avro qarşılığında transfer etdiyi Oqnyen Mimoviçin qeydiyyat işləri tamamlanıb.

Offsideplus.az xəbər verir ki, serbiyalı futbolçu bu gündən etibarən "Fənərbağça"nın rəsmi oyunçusu kimi qeydə alınıb. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Mimoviçin Kubok oyununda "Erzurumspor" ilə qarşılaşmada şans qazanacağı gözlənilir.