AZ

Avropa liderləri hələlik Putinin bu təhqirinə dözdülər…

Image

Tural İsmayılov: “Trampla Putin arasındakı danışıq imkanları  Rusiya-Ukrayna müharibəsində pozitiv məcraya daxil ola bilər”

Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində yeni böhrana səbəb ola biləcək açıqlamalar verib. O   deyib ki, Tramp öz xarakteri və qətiyyəti ilə Avropa elitasını çox qısa müddətdə nizama salacaq: “Yaxınlarda hamısı sahibinin ayaqlarına qapanıb quyruq bulayacaq. Bu, çox qısa zamanda olacaq və hər şey yaxşı olacaq".

Qeyd edək ki, Putinin məlum fikrinə Avropa liderləri hələ reaksiya verməyib. Maraqlıdır, Avropa liderləri V.Putinin “hamısı sahibinin ayaqlarına qapanıb quyruq bulayacaq” fikrinə necə reaksiya verəcək? 

“Hesab etmirəm ki, Putinin Trampı təqdim etmə formasına ABŞ prezidenti reaksiya versin və Avropa liderlərini hədəfə alsın”

Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Donald Tramp hakimiyyətə gəlməzdən öncə, andiçmə mərasimində əvvəl Putin onunla bağlı pozitiv fikirlər səsləndirib: “Putinin məlum fikri səsləndirməsinin müxtəlif səbəbləri var. İlk olaraq deyim ki, Tramp demokratlardan fərqli olaraq daha mühafizəkar baxışlara malik olmasa da, onun ilk prezidentliyi dövründə də Putinlə danışıq imkanları olub. Eyni zamanda onu da deyim ki, Tramp birinci prezidentliyi zamanında vacib siyasi vəziyyətlərdə, qlobal siyasi proseslərdə hər zaman Putinlə danışıb, müzakirə aparıb”. 

Politoloq hesab edir ki, Putinin bu səfər Trampla Avropa liderləri arasında müqayisə aparması və kəskin ifadələr işlətməsi yeni bir gərginliyə səbəb ola bilər. Ancaq bu, siyasətçilər arasında “söz dueli” kimi xarekterizə ediləcək: “Zənnimcə, bu söz duellosunu aparan  Rusiya prezidenti ilə Avropa liderləri olacaq. Hesab etmirəm ki, Putinin Trampı təqdim etmə formasına ABŞ prezidenti reaksiya versin və Avropa liderlərini hədəfə alsın. İstənilən halda, bu məsələ ilə bağlı Trampın üzərinə müəyyən öhdəliklər düşür. Trampla Putin arasındakı danışıq imkanları Rusiya-Ukrayna müharibəsində pozitiv məcraya daxil ola bilər”.

Günel CƏLİLOVA






Seçilən
16
baki-xeber.com

1Mənbələr