![Prof. Dr. Canan Karatayın israrla tövsiyə etdiyi qida:](https://e-saglam.az/storage/news/middle/images/2025/2/canan-karatay.webp)
Prof. Dr. Canan Karatay səhər yeməyində istehlak edilən bəzi qidaların qarın yağlarını əritməyə və arıqlamağa kömək etdiyini bildirib. O, fındıq, fıstıq, qoz və badam kimi qidaların bu prosesdə təsirli olduğunu vurğulayıb.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, səhər yeməyində yumurta, menemen, omlet, mıhlama və pastırma tövsiyə edilsə də, çörək, xəmir və simit kimi məhsullardan uzaq durmaq məsləhətdir. Bir stəkan çayla birlikdə quru meyvələr və çərəzlər yemək bölgədəki piylərin azalmasına kömək edə bilər.
Gündəlik qidalanmada təbii və balanslı məhsullara üstünlük vermək, işlənmiş qidalardan çəkinmək vacibdir. Həmçinin, üç əsas və üç ara yemək yemək, ac qalmamaq tövsiyə edilir.
Fiziki fəaliyyət də arıqlama prosesində mühüm rol oynayır, buna görə gündə orta hesabla 45 dəqiqə gəzmək məsləhətdir. Gün ərzində kifayət qədər su içmək və qan şəkərini tarazlayan lifli qidalara üstünlük vermək vacibdir.
Qızartma yeməklərdən uzaq duraraq, daha sağlam bişirmə üsullarına üstünlük vermək lazımdır. Yuxu rejimini qorumaq, stressi azaltmaq və qəlyanaltıya meyli azaldan sağlam vərdişlər formalaşdırmaq arıqlamağa kömək edir.
Siqaret, kofeinli içkilər və hazır qidalar qanda şəkərin səviyyəsini dəyişdirərək sağlamlığa mənfi təsir edir. Həyat tərzində bu dəyişiklikləri edərək, sağlam çəkiyə nail olmaq mümkündür.
Tərcümə: Könül Oruc