Ajans.az xəbər verir ki, kameralar tərəfindən saniyə-saniyə qeydə alınan hadisədən sonra qətlin şahidi olan uşaqlar atalarından şikayət ediblər.
Hadisə 27 oktyabr 2024-cü il tarixində saat 12:00 radələrində Nilüfer rayonu, Bağlarbaşı məhəlləsi, Yalman küçəsində baş verib. Atilla Çətin evinin yerləşdiyi binanın qarşısına gələn həyat yoldaşını silahla başından vurub. İki uşaq anası Yasemin Uludağ Çətin yerə yıxılarkən, xəbərin ardından ünvana polis və sağlamlıq qrupları sövq edilib. Yaralı Yasemin Uludağ Çətin, sağlamlıq qruplarının ilk yardımından sonra təcili yardımla Çekirge Dövlət Xəstəxanasına aparılsa da, edilən müdaxilələrə baxmayaraq xilas ola bilməyib. Saxlanılan Atilla Çətin gətirildiyi məhkəmə tərəfindən həbs edilib.
Atilla Çətinə qarşı "arvadını qəsdən öldürmə" cinayətindən ağırlaşdırılmış ömürlük həbs tələbi ilə iddia açılıb. İddianamədə cütlüyün uşaqlarının ifadələri də yer alıb. Atasının onu öldürməyə çalışdığını deyən cütlüyün qızı Z.Ç., "Atam 1,5 il əvvəl evdə mənə hücum edib öldürməyə çalışdı. Onun haqqında şikayət etdim. O, barəsində həbs-qətimkan tədbiri də aldı. Bu hadisədən sonra hadisə günü anam və bacımla qəhvə içib evimizə gələndə atam da gəldi. Maşını yolun ortasında saxladı, anama qışqırdı. "Şərəfsiz, şərəfsiz" deyə-deyə onun üstünə gəldi və mən onu götürmək istəyəndə avtomobilindən tapançanı götürərək anamı vurdu" sözlərini deyib.
Cütlüyün oğlu AEC. “Atam davamlı olaraq mənə, bacıma və anama qarşı zorakılıq göstərirdi. Biz polisə şikayət etdik. Anam boşanmaq üçün məhkəməyə müraciət etdi. Buna baxmayaraq atam bizi sıxışdırmağa davam etdi. Hadisə baş verən gün anamı öldürdü, həm də bacımın və mənim gözümün qabağında…” ifadələrini işlədib.
Boşanma prosesində olan həyat yoldaşının onu iki nəfərlə aldatdığını iddia edən və məqsədinin onu qorxutmaq olduğunu deyən Atilla Çətin, “Hadisə baş verən gün onunla danışdım. Onun təhqirlərinə məruz qalanda hirsləndim və yanımda olan silahla onu vurdum, məqsədim onu öldürmək və ya yaralamaq deyildi”, -deyə, bildirib.
Bursa 18-ci Ağır Cəza Məhkəməsində Atilla Çətinin məhkəməsi başlayıb. Atalarının anasını öldürməsinə şahid olan AEÇ. və bacısı Z.Ç., şikayətçi olaraq qatıldıqları məhkəmədə yaşadıqlarını dilə gətirib. Məhkəmə təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin davam etdirilməsi barədə qərar çıxarıb və iclası təxirə salıb.