AZ

Paşinyandan ETİRAF: “Qarabağ müharibəsində məğlubiyyət Ermənistanın xeyrinə oldu” - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağ uğrunda müharibədə məğlubiyyət Ermənistanın xeyrinə olub.

Bizim.Media xəbər verir ki, Paşinyan bunu Vaşinqtonda erməni icmasının nümayəndələri ilə görüşdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Vaşinqtonda etirazlarla QARŞILANDI - VİDEO


Ermənistanın baş naziri deyib:

“Bu məğlubiyyəti yaşamaqla biz faktiki olaraq müstəqil və suveren dövlətə sahib olmaq imkanı əldə etdik”.

Paşinyan onu da bildirib ki, İrəvan Vaşinqtonun Cənubi Qafqazda sülhün bərqərar olmasını ABŞ-nin prioritet məqsədləri siyahısına daxil edəcəyinə ümid edir. O vurğulayıb ki, Ermənistan demokratiyanı dərinləşdirməyə və onu “institusional əsaslara oturtmağa” çalışır.


Bizim.Media

Seçilən
14
1
bizim.media

2Mənbələr